Arşiv 'Kitaplar'Kategori

Öküz görmemiş dağ

13 Eylül 2007

“Öküz görməmiş dağ” və yaxud rəvayətvari tarix

Sədaqət KƏRİMOVA
MƏQALƏDƏN ÇIXARIŞ:
İsaməddin Osmanovun “Qusar rayonu” (Bakı,2000) kitabı haqqında qeydlər
Kitab yazmaq fikri xeyirxah niyyətdən doğur. Hər bir kitab ürəyin hökmü, qəlbin tələbi ilə ərsəyə gəlir. Müəllifinin dünyagörüşündən, səviyyəsindən, qələmə alınmış mövzudan, onun yazılma qaydasından asılı olmayaraq, hər bir kitaba onun müəllifi öz ürəyindən zərrəciklər əlavə edir. Bu mənada mənim bütün kitabyazarlara hörmətim var.
BDU-nun müəllimi, coğrafiya elmləri namizədi, dosent İsaməddin Osmanovun dörd il əvvəl çap etdirdiyi “Qusar rayonu” (Bakı, 2000) kitabı əksər qusarlılar kimi mənim də marağıma səbəb olmuşdu. Lakin girişindən başlayaraq son səhifəsinə kimi çoxlu orfoqrafik səhvlərə, stilistik xətalara, tarixi faktların təhrifinə, toponimlərin düzgün şərh olunmamasına və digər qüsurlara yol verildiyinə görə kitab haqqında fikirlərimi mətbuatda bildirməyi qərara almışdım. Amma Böyük Vətən müharibəsi və əmək veteranı olan bir alimin xeyirxah məramına – böyüyüb boya-başa çatdığı doğma rayonuna, onun adamlarına məhəbbət hissinə hörmət əlaməti olaraq bu fikrimdən daşınmışdım. Düşünmüşdüm ki, onsuz da hər bir kitaba əsl qiyməti zaman verir.
Son illər kitab yazanların sayının çoxalması, hər əli qələm tutanın bədii, sənədli, publisistik, hətta tarixi kitablar yazmağa meyl göstərməsi, peşəkarlıqdan uzaq, səviyyəsiz kitabların yaranması, oxucuların zövqünü korlayan, onların fikrini dolaşdıran çap məhsullarının çoxalması, üstəlik həmin kitablardan sitatlar gətirilməsi məni bu yazını qələmə almağa sövq etdi.
Bəri başdan qeyd edim ki, qarşısına Qusar rayonunun sosial-iqtisadi-coğrafi təhlilini vermək məqsədini qoymuş müəllif mövzunu əhatə edən ədəbiyyatdan çox cüzi şəkildə və səriştəsiz bəhrələnib. Bunu sübut etmək üçün kitabın sonunda göstərilmiş ədəbiyyat siyahısına nəzər yetirmək kifayətdir. Kitaba daxil edilmiş mövzuların düzgün planlaşdırılmaması, mövzuların qarışdırılması və sistemsizlik, bölmələrin şərti xarakter daşıması, eyni fikirlərin müxtəlif yerlərdə dəfələrlə təkrarı, sözçülük kimi qüsurlar onun sanbalını azaldır.
Konkret faktlardan daha çox mülahizələrə və “rəvayətlərə” əsaslanaraq yazılmış kitabın dəyərini aşağı salan səbəblərdən biri müəllifin tez-tez Azərbaycan ədəbi dilinin qaydalarını, normalarını pozmasıdır. Müəllif, əksər hallarda bir cümlədə bir neçə fikir irəli sürməyə çalışır, nəticədə dolaşıqlığa, məntiqsizliyə yol verir ki, bu da kitabın dilinin ağırlaşmasına səbəb olur. Yol verilmiş çoxlu sayda səhvlər oxucunu yorur.
“Tarixdən səhifələr” adlı bölmədə İ.Osmanov yazır ki, “… daha maraqlı hadisələri şərh etməyi özümüzə borc bilmişik”. Nədir bu “daha maraqlı hadisələr”? Sən demə Qusarın ilk adı Qəysəri (?) olmuşdur. Bəzi müəlliflər kimi İ.Osmanov da rayonun yaşını kiçiltməyə, onun tarixini qusar polku ilə əlaqələndirməyə çalışır, özü də sübutsuz, dəlilsiz: “Tarixi məlumatlara görə (?) indiki Qusar şəhərinin ilk binövrəsi 1810-ci ildə qoyulmuş olub, hazırda onun (2000-ci il) 190 yaşı tamam olacaqdır.” Bu yerdə müəllifin yadına çox yox, təkcə bir əsəri – Abbasqulu Ağa Bakıxanovun məşhur “Gülüstani- İrəm”ini salmaq istəyirik. Həmin əsərdə yazıçı 1602-ci ildə Qusar kəndinin mövcudluğu haqqında məlumat verir və onun ətrafında baş verən hadisələrdən danışır. (Bax: A.Bakıxanov. Gülüstani-İrəm. Bakı-1991, səh 108.)
Başqa bir yerdə isə İsaməddin Osmanov İran şahı Nadir şahın Qusar rayonunun ərazisinə XII əsrdə etdiyi hücumdan yazır. Müəllifə xatırlatmaq istəyirik ki, Nadir şah Əfşar 1688-ci ildə anadan olmuş, 1747-ci ildə dünyasını dəyişmişdir. Deməli onun XII əsrdə Qusara hücum etməsi qeyri-mümkündür.
Qusarın ilk sakinlərindən bəhs edən İ.Osmanov yazır: “Onun ilk sakinləri, hazırki Qusar şəhərinin şərqində şəhərdən 8 km-i aralı (?) yerləşmiş Balaqusarlıların ata-babaları olmuşlar. Ləzgi dilində Balaqusar – kiçik qusar, Qusarın balası deməkdir. Tarixi rəvayətə görə(?) Çar hökuməti keçmiş Qusar şəhərindən (?) şərqə yerləşən Balaqusar kəndinə o vaxtkı Qusarın əhalisini köçürmüş, Qusarın hazırki ərazisinə isə bir hərbi polk yerləşdirmişdi. Burada ordu qərargahı (?) yaratmışdır. 1888-ci ildə Qusarı şəhərə çevirmək barədə plan (?) tərtib edilmişsə də, sonralar bu tədbiri yerinə yetirə bilməmişdir, çünki, şəhər adının verilməsi üçün tələb olunan şərtlər tamam deyildi.” (səh 23)
Başqa bir misal. “Çar hökuməti tərəfindən 1825-1826-cı illərdə Qafqaza sürgün olunan Lermontov Qusarda yaşamış, onun burada qaldığı evi indi muzey kimi saxlanılır”. (səh 26) Bildiyimiz kimi, M.Y.Lermontov 1814-cü ildə anadan olmuşdur. Deməli, 1825-1826-cı illərdə onun 11-12 yaşı olardı. Həqiqətə gəldikdə, A.S. Puşkinin ölümünə həsr etdiyi şerinə görə Lermontov 1837-ci il fevralın 18-də həbs olunmuşdu. Fevralın 25-də isə onun cəzası nisbətən yüngülləşdirilmiş, kornet Lermontov Qafqazda hərbi əməliyyatlar aparan Nijeqorod draqun polkuna göndərilmişdi. Elə həmin vaxt o, Qafqazın bir sıra yerlərində, o cümlədən də Şəkidə, Şamaxıda, Qubada və Qusarda olmuşdu. “Onun ev muzeyinə hər il çoxlu məktəbli, uşaqlar, turistlər, ədəbiyyat vurğunları gəlir və onun həyat tərzi ilə maraqlanırlar”, – deyən müəllifə xatırlatmaq istəyirik ki, Qusarda belə bir muzey yoxdur, sadəcə olaraq M.Y.Lermontovun bir vaxtlar yaşadığı evin qarşısına xatirə lövhəsi vurulub, vəssalam.
Kitab boyu əksər toponimlər bir neçə cür yazılır. Yaşayış məntəqələrinin adlarının necə gəldi yazılmasına kitabın cildində və içərisində verilmiş “Qusar rayonunun sxematik inzibati-ərazi xəritəsindən” başlayaraq, son səhifəsinə kimi hər yerdə təsadüf olunur. Məsələn: Kilax, Kirik, Kuxur, Kalanxur, Sallehoba, Çubuxlu, Qollar, Şahnabad, Avacuqoba, Suvaçal, Gedəzeyxur, Aşağı Dəyər, Yuxarı Tahirçal, Ənix, Xüdat, Mahacqala, Şeyx Cümeyid məscidi və s. Ümumiyyətlə, bir sıra yer adları kitabda müxtəlif cür gedir. İmamqulukəndin adı gah İmamkuli kəndi, gah İmamqulu kənd kimi verilir. Qusar polku haqqında danışarkən müəllif onu gah kusar, gah gusar kimi yazır. Elə kitabın həsr olunduğu Qusar rayonunun adı da gah kiçik, gah da böyük hərflə yazılır. Ümumiyyətlə, əksər yer adları əsər boyu gah böyük, gah da kiçik hərflərlə verilib. Azərbaycan Neft Akademiyasının adı gah AZİİ (səh76), gah da Azərb. Neft mühəndislər Akademiyası (səh75) kimi göstərilib.
Müəllifin bir sıra qeydlərində orfoqrafik səhvlərlə yanlış mülahizələr paralel şəkildə gedir. “Aşağı Dəyər(?) kəndinin şərqində yerləşən Xantəpə adlanan təpəlik sahə haqqında” xatirələrində müəllif yazır: “Xantəpənin adı Yusif xanım(?) dövründən qalma ad olduğunu söyləyirlər”. Bəzi yer adlarının etimologiyasından bəhs edərkən müəllif yalnışlara yol verir. Onlardan biri haqqında. Sitat: “Govdişan adlı sahənin adı isə farslardan qalma olub, fars dilində öküz görməmiş dağ deməkdir”. Əslində haqqında söhbət açılan yer Govdişan deyil, Gavdişandır. Ləzgi sərkərdəsi Gavdiş burada yadelli işğalçıları darmadağın edərək böyük qələbə qazandığına görə təpə onun şərəfinə belə adlandırılmışdır. Eyni zamanda xatırladaq ki, heç bir xalq yaşadığı ərazidəki gözəgəlimli yerlərə “öküz görməmiş dağ” kimi mənasız adlar verməz. Müəllif yəqin unudur ki, toponimlərin əsl mənasını ilk növbədə yerli əhalinin dilində işlənən sözlərdə axtarmaq lazımdır. Ləzgi dilində “an” mənsubiyyət bildirir. Misal üçün, Tayğunan (Tayğunun), Alpanan (Alpanın), Gavdişan (Gavdişin) və s. İ.Osmanovun bəhs etdiyi sözün mənası “Gavdişin təpəsi” və yaxud “Gavdiş təpəsi” (“Gavdişan pel”) deməkdir.
Müəllifin sitatları da nağılvari qələmə alınmışdır. Məsələn: “Kurort və sanatoriya şəraiti üçün münasib olduğundan, hələ 1935-1956-cı illərdə ( bu 20 ildən hansında?) Azərbaycan Xalq Komissarları (?) Dövlət Komissiyanın(?) qərarı ilə(?) Qusar şəhəri AHİ istirahət evləri tikməsi üçün əlverişli bir ərazi kimi ayrılmışdır(?)
“Rayonun əhalisi və əmək ehtiyatları” bölməsində oxuyuruq: “Rayonda əhali əsasən təbii artım hesabına çoxalır”( səh.29). “Qusar rayonunun əhalisi içərisində əmək ehtiyatlarının artıqlığı hiss olunur (səh.31) “başqa millətlərdən burada tatlar, ukraynalılar, osetinlər, laklar, kumıklar, tabasaranlılar və başqaları yaşayırlar”. “ruslar isə Qusar şəhəri, Şirvanovka, Andreyevka kimi kəndlərə, SDK-ı kimi şəhər tipli qəsəbədə yaşayır (səh33.).”rayonun əhalisi içərisində ruslar-malakanlar çoxdur. Onlar burada yerli əhali ilə qarışıq şəkildə, həm də ayrı-ayrı kəndlər şəklində (?) yerrləşib yaşamaqdadırlar” (səh.25). Tutaq ki, beynəlmiləlçilik ruhu müəllifi Qusarda yaşayan millətlərin sayını çoxaltmağa sövq edib. Bəs rusların ayrı-ayrı kəndlər şəklində yaşadıqlarını nəyə əsasən yazıb? Belə kəndlər hansılardır?
Rayonun yetirmələri olan elmlər doktorlarına və professorlara ayrıca bölmə həsr edən müəllif onu belə adlandırıb: “Elmlər doktoru professor:” Elə başlıqdakı səriştəsizlik buraya daxil edilmiş 25 alim haqqında verilmiş qeydlərdə də öz əksini tapır. Atüstü yazılmış bu yarımçıq məlumatlardan hər hansı bir maraqlı informasiya əldə etmək qeyri-mümkündür. İ.Osmanov 25 alimdən cəmi 8-nin atasının adını qeyd edib, bəzilərinin doğulduğu kəndləri göstərməyi “unudub”.
Cibir kəndindən olan texnika elmləri doktoru Qanbay Xanməmmədov geologiyo-mineralogiya elmləri doktoru, kəndi isə Hil kimi göstərilib. Ehtimal nəzəriyyəsi və riyazi statistika üzrə Azərbaycanda namizədlik və doktorluq dissertasiyası müdafiə etmiş ilk alim, fizika-riyaziyyat elmləri doktoru İbramxəlil İbramxəlilov haqqında cüzi məlumat verən müəllif onun Hil kəndindən olduğunu (əslində Əniğdəndir) yazıb. Alimlər haqqında verilmiş məlumatların səviyyəsini göstərmək üçün kimya elmləri doktoru Yarəli Yarəliyev (alimin adı da səhvən Yaralı yazılıb) haqqında verilmiş qeydləri oxuyuruq: “…doktorluq müdafiəsinə qədər AE akademiyasında elmi işçi kimi işləmiş, sonra Dağıstan elmlər akademiyasına köçüb, indi orada Baş elmi işçi kimi işləyir.”
Yeri gəlmişkən, müəllif nədənsə 1837-ci il Quba üsyanının rəhbərlərindən biri olmuş Hil kəndinin sakini Yarəlinin adını da Yaralı kimi göstərib.
Ələddin Həkimovu müəllif oxuculara bir cümlə ilə təqdim edir: “ Qusarda anadan olmuş, fəlsəfə elmləri doktoru – professor olub, Bakı şəhərində elm sahəsində fəaliyyət göstərir”.
Dünya şöhrətli elmlər doktorlarına böyük xəsisliklə bir və ya iki cümlə həsr edən müəllif, “Rayonun ərazisindən çıxmış elmlər namizədləri və dosentlər” adlı bölməni özü haqqında geniş məlumatla başlayır. Burada verilmiş ikinci məlumat isə “hazırda iqtisadiçi(?) kimi başqa işdə işləyən” oğlu Osman Osmanov haqqındadır.
“Qusar rayonundan çıxmış və respublikamızda işləyən qabaqcıllar” bölməsində işıqlandırılan dörd nəfərdən biri isə müəllifin digər oğlu, “müəllim ailəsində doğulmuş, Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini qurtarmış, APİ-də laborant kimi işləmiş, sonra başqa işdə çalışmış, ana dilindən başqa altı müxtəlif dilləri bilən, hazırda iqtisadi münasibətlər üzrə fəaliyyət göstərən” Bəxtiyar Osmanovdur.
“Hərbi sərkərdələr, müharibə əlilləri və Milli qəhrəmanlar, hərbi sahədə tanınmış şəxsiyyətlər, əmək qəhrəmanları, müharibə və əmək veteranları” bölməsində general Mahmud Əbilov, Sovet İttifaqı Qəhrəmanı Mirzə Vəliyev, Azərbaycanın Milli Qəhrəmanı Fəxrəddin Musayevlə yanaşı, Osmanov Elman İsaməddin oğlu haqqında da geniş məlumat verilir. Orada yazılır: “BDU-i bitirdikdən sonra hərbiyə çağrılmış, kiçik leytenant kimi Belorusiyada xidmət etmiş, vətənə starşi leytenant kimi qayıtmış, işə təyinat vermədiyi üçün yenidən hərbi prokurorluq xətti ilə orduya çağrılmış, Şərqi Sibirə təyinat almış, orda İrkutsk vilayətində 8 il hərbi prokurorluqda baş müstəntiq kimi işləmiş, atasının xahişi ilə 90-cı il hadisələri ilə bağlı olaraq Bakıya hərbi prokurorluğa Baş müstəntiq kimi qaytarılmış, bir ildən sonra öz xahişi ilə işdən çıxmış, hazırda istifadə(?) olan Ədliyyə mayoru kimi, Ədliyyə Nazirliyi xətti ilə müvəkkil kimi işləyir”. Görəsən E.Osmanov haqqında verilmiş bu məlumat bölmənin adında göstərilən şərtlərin hansına uyğun gəlir?
“Qusar rayonunda rəhbər vəzifələrdə işləmiş və hazırda işləyən şəxsiyyətlər”dən söhbət açanda müəllif Məzdək hüseynovun, Həmdulla Cəfərovun və Firdovsi Əliyevin də adlarını qeyd edib. H.Cəfərovun və F.Əliyevin adlarını ona görə göstərib ki, hər ikisi “xalq deputatıdır”. Millət vəkili M. Hüseynov haqqında verilmiş məlumatda isə belə bir qeyd də var: “Qusar rayonunda olub”.
“Qusar rayonunda rəhbər vəzifələrdə işləmiş və hazırda işləyən şəxsiyyətlər” siyahısına salınmış yazıçı Yusif Hacıyev və şair Hacıbala Qaflanov görəsən hansı vəzifələrdə çalışıblar? Əgər onların adları qələm sahibləri kimi qeyd olunubsa, Azərbaycanın tanınmış şairi Kələntər Kələntərlinin, adlı-sanlı rəssam Mahmud Çələbovun, Qusar rayonundan çıxmış və hazırda Dağıstan Respublikasında yaşayan Dağıstanın Xalq Şairi Bayram Səlimovun, Dağıstanın Xalq Artisti Əyyub Ömərovun, dünya şöhrətli yazıçı, əsərləri onlarca dillərdə müxtəlif ölkələrdə çap olunmuş Rasim Hacının, Dağıstan Respublikasının Əməkdar Rəssamı Seyfəddin Seyfəddinovun, şair və bəstəkar Asəf Mehmanın, Dağıstan Respublikasının Əməkdar İncəsənət Xadimi Rizvan Rizvanovun və başqalarının adları kitaba niyə düşməyib?
Təəssüf ki, rayonun ictimai-siyasi həyatında mühüm rol oynamış onlarca insanın adı da kitaba salınmayıb. Adları çəkilən şəxslərdən isə heç biri haqqında mötəbər məlumat yoxdur. Verilmiş məlumatlar bəsit olub, təhriflərlə doludur. Bunu sübut etmək üçün bir neçə faktı diqqətə çarpdırmaq istəyirəm. Balamət Balamətov haqqında qeydlərdən oxuyuruq: “müharibə illərində rayonda partiya komitəsinin birinci katibi olmuş, sonralar isə Bakı şəhəri Əzizbəyov rayonunda icraiyyə komitəsinin sədr müavini, Naxçıvanda Nazirlər Şurasında məsul işçi kimi işləmişdir”. Azərbaycan KP MK-nın məsul işçisi olmuş, uzun illər Naxçıvan Muxtar Respublikası Xalq Komissarları Sovetinin sədri vəzifəsində çalışmış, SSRİ Ali Sovetinin deputatı seçilmiş, iki dəfə Lenin Ordeni ilə təltif olunmuş, M.İ.Kalininin qonağı, M.C.Bağırovun silahdaşı olmuş, həyatı fədakarlıq və insanlara xidmət nümunəsi olmuş bir insan haqqında ona layiq şəkildə yazmaq lazımdır.
Ümumiyyətlə, kitab boyu dəqiqləşdirilməmiş faktların verilməsinin şahidi olursan. Məsələn, uzun illər Respublika Daxili İşlər Nazirliyi cinayət axtarış idarəsinin rəisi kimi çətin və şərəfli bir vəzifəni icra etmiş, özündə Azərbaycan çekistlərinin ən gözəl keyfiyyətlərini ehtiva etmiş, Azərbaycanın bir neçə nəsil qanun keşikçilərinin yetişməsində danılmaz xidmətləri olan Ərziman Zülfüqarov haqqında “əvvəllər respublika daxi İşlər Nazirliyində məsul vəzifədə işləmiş” deyə mücərrəd məlumat vermək ən azı insafsızlıqdır. Xəzər Dənizçiləri xəstəxanasının baş həkimi vəzifəsində çalışan Qerasim Rüstəmov səhv olaraq həmin xəstəxananın cərrahiyyə şöbəsinin müdiri kimi təqdim olunur.
Qusar rayonuna bəslədiyi “sonsuz məhəbbət” müəllifi bəzən faktları şişirtməyə məcbur edir. Rayondan 10 nəfər Sovet İttifaqı Qəhrəmanı və Milli Qəhrəman çıxdığını da yəqin həmin hisslərin təsiri ilə yazıb. 1837-ci ilin məşhur “Quba üsyanı”nın başçılarını hərəkətə gətirənlər isə, müəllifin yazdığına görə “bəlkə də həmin dövrdə Xuluq kəndində əhaliyə savad öyrədən görkəmli şəxsiyyətlərdən olan Əhməd Cavad, Qafur Əfəndizadə, Abdul Cəlil Efendi” olub. XX əsrin əvvəllərində Xuluqda yaşayıb müəllimlik etmiş Ə. Cavad özündən 70-80 il əvvəl baş vermiş hadisələrə görəsən necə təsir göstərib?
Səhiyyə və təhsil sistemi işçilərinin siyahısını kitabda verməyə müəllifi yəqin ki, kommersiya maraqları sövq edib. Bir fəsil belə adlanır: “Qusar rayonundan alınan məlumata əsasən hazırda rayonda fəaliyyət göstərən tibb işçiləri”. Lakin cəmi 22 nəfərin adları qeyd olunub. Görəsən müəllif bunu hansı prinsipə görə edib? Müəllimlərin siyahısı isə orta məktəblər və əsas məktəblər üzrə ayrı-ayrılıqda verilib. Birincisinə 195, ikincisinə isə 35 müəllimin adlarını daxil edən İ.Osmanov Respublikanın Əməkdar müəllimi kimi şərəfli ada layiq görülmüş adlı-sanlı qusarlıların adlarını qeyd etməyi nəzərdən qaçırıb. Amma kitaba adları düşmüş və düşməmiş müəllimlərə uğurlar diləməyi isə unutmayıb:”Adları siyahıya düşmüş və düşməmiş müəllimlərə işdə nailiyyətlər, gənc nəslin təlim tərbiyyəsində yeni-yeni uğurlar və can sağlığını arzu edirik. Ən vacib öz sənətin sahibi olsun, şagirdlərin hörmətini qazana bilsin, öz savadlarını artırması üçün hər cür imkanlardan istifadə etsinlər”.
“Qusar rayonu” kitabında müəllif atası Əmirov Səyid Osman oğlu, babası molla Osman haqqında da söhbət açır. Osmanovlar ailəsi doğrudan da Qusarın adlı-sanlı ailələrindəndir. Lakin təəssüf ki, müəllif digər qəhrəmanları kimi öz doğmaları haqqında da kəsərli söz deyə, onları oxuculara sevdirə bilməyib.
Hər bir kitab yazanın ümdə vəzifəsi oxucuya tutarlı söz demək, ona yeni məlumatlar vermək, savadını, dünyagörüşünü artırmaqda kömək göstərməkdir. Lakin haqqında söhbət açdığımız kitab oxucuya heç nə vermir, oxucu vaxtdan əlavə hövsələsini də itirir. Çünki kələ-kötür cümlələri oxuyub dərk etmək, yarımçıq fikirləri çözələmək, buraxılmış səhvlərə görə təəssüflənmək böyük səbr tələb edir. Onu da deyək ki, biz kitabda yol verilmiş səhvlərin cüzi hissəsini qeyd etdik. Ləzgi xalq misalında deyildiyi kimi, aş bişirmək üçün düyü və yağ tələb olunduğu kimi, kitab yazmaqdan ötrü də sanballı faktlar və cilalı qələm lazımdır. Heyf ki, bu kitabda bunlara rast gəlmədik.
Kitabın işıq üzü görməsində iştirak etmiş redaksiya heyəti də öz vəzifəsinin öhdəsindən gəlməyib. Kompüter tərtibçisi və ”mühəndis proqramçısı” Azadə İmanovanın və texniki redaktor Nərgiz Quliyevanın işi olduqca zəifdir. Kitabın tərtibatı sönük, çap olunmuş şəkillər keyfiyyətsizdir. Korrektor Lalə İsmayılova isə ibtidai məktəb şagirdinin də tuta biləcəyi orfoqrafiya səhvlərini düzəltməyib. Nəhayət, kitabın redaktoru Şəhla Quliyevanın deyəsən kitab redaktəsi haqqında anlayışı yoxdur. Olsaydı, yüzlərlə səhvi olan kitabın çapa getməsinə imza atmazdı. Axı hər bir kitabın səviyyəsi onun redaktorundan da asılıdır.
Bəlkə də bu qeydlərim bəzi kitab müəlliflərinin xoşuna gəlməyəcək. Çünki hazırda respublikamızın ayrı-ayrı nəşriyyatlarında yüzlərlə belə kitablar buraxılır. Onların hamısı barədə tənqidi söz demək mümkün deyil. Halbuki gərəkli irad ümumi işin mənafeyindən ötrü son dərəcə vacibdir. Bizim haqlı iradlarımız bu gür gözdən iraq kitabların işıq üzü görməsinin, oxucuların qanının qaralmasının qarşısını ala bilər.

QEYD: Kitabdan gətirilmiş sitatlar olduğu kimi, düzəlişlər edilmədən verilmişdir.

http://www.kitab.az/cgi-bin/catlib2/item.cgi?lang=az&item=20051111053830082

Robotik biliminin babası: El Cezeri

13 Mayıs 2007

Cizre dediğimiz zaman yada Cezire büyük bir çoğunluğumuz meşhur Eyalet-i Cezire’yi hatırlayacaktır.O Eyalet-i Cezire ki; İklim-i Rum’a attığımız (hem islam hem türk-islam olarak) ilk adımlarımızdır.Bu ilk adıma mutakiben İklim-i Rum’un derinliklerine ilerlemiş ve yeni ülkeler feth etmişiz.Bu eyalet Yani eyalet-i cezire ki abbasilerin bir eyaletiydi, sonradan orada ne beylikler kurulmuş ne kişiler yaşamıştır.İşte bu El-Cezire’de Yani bizim bu gün telaffuz ettiğimiz şekliyle Mezopotamya’da Mardin-Cizre’de doğmuş bir alimi anlatacağız.

Öyle bir alim ki; şu gün şu internet sitesinde dolaylı yoldan dahi olsa emeği geçmiştir(800 yıl evvel yaşamasına rağmen).Tıb denince akla nasıl İbn-i Sina geliyorsa,Sibernetik denincede bu alim; Eb-Ül-İz İbn İsmail El Cezeri aklımızı doldurmakta ve hatta taşırmaktadır.
Sibernetik ilmi çağımıza adını veren bir ilimdir.Atom çağından sonra kendi kendini kontrol eden makinaların çağı yani; sibernetik çağı…Felsefe nasıl bir çok ilmi içinden çıkartmış türetmişse Sibernetik’te bir çok ilmi çatısı altında almıştır


Hayatı mevzuunda pek çok bilinmeyen İsmail El- Cezerî (İbn-el Rezzaz) 1181 yılında Mezopotamya’daki Amid (bugünkü Diyarbakır şehri) beyliğinin hizmetine girdi. 120u yılında Amid beyine, “Hünerli Mekanik Aletler Bilgisi Kitabı”m takdim etti. Sonraları Arapçadan Farsça ve Türkçeye çevrilen bu eseri, günümüz bilginleri Ortaçağ İslâm Dünyasının mekanik sahasındaki ilerlemelerinin çok önemli bir gelişmesi olarak değerlendirmektedirler.

El Cezerî’nin Hünerli Mekanik Cihazlar Bilgisi Kitabı’ndan iki çizim
1- Öküz gücüyle çalışan bir su çıkarma makinesi vardır. Burada mekanik bağlantı, tam olarak gösterilmiyor. Ama aşağı doğru olan mil, kepçenin inip çıkmasını sağlayacak biçimde döner
.

Başka hiçbir Arap kaynağında mekanik prensipler, böylesine geniş biçimde anlatılmamışdır. Ne var ki, bu kitabın da birçok eksiği vardır. Meselâ; teleskop ve terazi gibi, İslâm âlimlerinin çok ileri olduğu ilim dallarından söz edilmemektedir. El-Cezerî’ nin yaptığı makineler Ortaçağda İslâm âlimlerinin su mühendisliği sahasındaki muvaffakiyetlerini bariz bir şekilde ortaya çıkarmaktadır.

El- Cezeri’nin tarif ettiği bazı makineler pratik faydalar taşır. Bunlardan biri, bir mil (eksen) boyunca yer alan dişlilerle çalışan bir nev’i tulumbadır. Tulumba bir dizi kepçeyi sırayla hareket ettirerek suyu çıkarır. Kitapta anlatılan bazı cihazların ise yalnızca eğlendirici bir değeri vardır. Meselâ; İçinde su varmış gibi görünmesine karşılık, suyu boşaltılamayan su kapları ve içi boş gibi görünüp, su akıtan kaplar gibi.. Bugün bu kaplarda kullanılan prensiplerden istifade ederek günümüze de bazı oyuncaklar yapılmaktadır. Hem eğlendirici, hem de faydalı olan bu cihazlara, çeşme ve su saati misal verilebilir.

El- Cezerî’nin saatlerinin çalışma sistemi, çoğunlukla aynı mil üstündeki bir gösterge ile üstünden, ucuna ağırlık asılı bir kayış geçen kasnak biçimindedir. Ağırlığın düşüş hızı, yüzen bir cisimle kontrol edilir. Yüzen cisim, kayışın öteki ucuna tutturulur ve içinde bulunduğu kap yavaşça     boşaltılır. Bazı durumlarda da, devrilebilen bir kova. otomatik olarak dolmakta ve devrilince bir mandalı iterek, dişlinin bir diş ilerlemesini sağlamaktadır.

El- Cezerî, çalışmalarının büyük bir bölümünü, zaman aralıklarını değişik biçimlerde belirlemeye yöneltmiştir. Yaptığı bir makineda saatler, davul, zil ya da trampet çalan insan maketlerinin teşkil ettiği bir orkestra ile belirtilir. Aynı çağda Avrupa’da yapılan saatlar da ise böylesine teferruatlı ve ince işçilik yoktur.

2- Su düzeyindeki değişmelerle alçalan   yükselen kaplarla düzenlenen bir su saatidir. Bu kaplar, 12 çemberli göstergeyi hareket ettiren makaraları takılı kordonlara bağlanmıştır.

El- Cezerî tarafından adapte edilen mekanik prensiplerin çoğu oldukça eskidir. Onun makinelerı dişliler, mandallar, palangalar ve kaldıraçlardan oluşuyordu. Günümüzde bütün motorlu vasıtalarda bulunan “krank mili”ni ilk defa o kullanmıştır.

El- Cezerî’nin yaptığı makinelerın çoğu su ile çalışır. Bu bakımdan El- Cezerî ye su mühendisi demek çok yerinde bir ifade olacaktır. Onun su kıtlığı çekilen bir bölgede yaşadığı düşünülürse icadlarının oldukça enterasan olduğu ortaya çıkacaktır.

 

Kitab-ül Hiyel den örnekler 

 

  • Otomatik Kuşlar
  • Filli saat
  • Otomatik yüzen kayık ve çalgıcılar
  • Birbirine şerbet ikram eden iki şeyh
  • Dört çıkışlı iki şamandıralı otomatik sistem
  • İki bölümlü testi (termos)
  • Otomatik su akıtma , ikramda bulunma ve kurulama makinası
  • Su çarkı kepçe mekanizması
  • Motor-kompresör mekanizması
  • Su çarkı su dolabı

kitabooku.blogcu.com

Öküzler Kitabı

10 Mayıs 2007
· Öküzler Kitabı
Nejat Turhan, Akis Kitap, 2005, 189 sayfa.

www.sadikyalsizucanlar.net/turkce/guzeran/elestiri/okuzlerkitabi.htm

Öküz Ahmet-İnek Şaban

9 Mayıs 2007

Ardından sahneye davet edilen Aydın Ilgaz, babasının düşüncesinden dolayı acılar çektiğini ve ondan anılarla devam eden konuşmasını ‘Hababam Sınıfı’ üzerinde yoğunlaştırdı Ilgaz, babasıyla ilgili çok sayıda anısını, dinleyenlerle paylaşırken babasının hapishane, hastane ve edebiyat yaşantısından örnekler verdi.

Çınar Yayınevi’nin ilk adımını parasızlık nedeniyle Kastamonu Gazeteciler Derneği’nden aldığı gümüş bir şilti satarak başladıklarını belirten Aydın Ilgaz , ” O gün sattığımız o şilt bizim için ilk adım oldu. Hababam Sınıfı’nın başlangıcı babamın okuduğu Abdurrahmanpaşa Lisesi ve Kastamonu Muallim Mektebi ( Öğretmen Okulu) olmuştur. ‘ Hababam Sınıfı’nın karakterlerinden biri olan ve usta sanatçı Kemal Sunal tarafından canlandırılan İnek Şaban karakteri aslında Öküz Ahmet’tir. Babamlar Öküz Ahmet’in kitabının arasına ot koyup Öküz Ahmet diyorlarmış. Hababam Sınıfının bir diğer karakteri olan ” Güdük Nemci ” ise babamın ta kendisi idi. Parasızlık ve yoksulluk nedeniyle vücudu fazla gelişemediği için güdük olan babam kendisini Hababam Sınıfı’nda Güdük Necmi ile anlattı” dedi. Aydın Ilgaz konuşmasının sonunda katılımcılara teşekkür ederek başarılar diledi.

www.cinaryayincilik.com.tr/habergoster.asp

HALO DAYI VE İKİ ÖKÜZ,

8 Mayıs 2007

MUZAFFER İZGÜ

“Öküz görməmiş dağ” və yaxud rəvayətvari tarix

8 Mayıs 2007

  

Sədaqət KƏRİMOVAMƏQALƏDƏN ÇIXARIŞ:İsaməddin Osmanovun “Qusar rayonu” (Bakı,2000) kitabı haqqında qeydlər

Kitab yazmaq fikri xeyirxah niyyətdən doğur. Hər bir kitab ürəyin hökmü, qəlbin tələbi ilə ərsəyə gəlir. Müəllifinin dünyagörüşündən, səviyyəsindən, qələmə alınmış mövzudan, onun yazılma qaydasından asılı olmayaraq, hər bir kitaba onun müəllifi öz ürəyindən zərrəciklər əlavə edir. Bu mənada mənim bütün kitabyazarlara hörmətim var.

BDU-nun müəllimi, coğrafiya elmləri namizədi, dosent İsaməddin Osmanovun dörd il əvvəl çap etdirdiyi “Qusar rayonu” (Bakı, 2000) kitabı əksər qusarlılar kimi mənim də marağıma səbəb olmuşdu. Lakin girişindən başlayaraq son səhifəsinə kimi çoxlu orfoqrafik səhvlərə, stilistik xətalara, tarixi faktların təhrifinə, toponimlərin düzgün şərh olunmamasına və digər qüsurlara yol verildiyinə görə kitab haqqında fikirlərimi mətbuatda bildirməyi qərara almışdım. Amma Böyük Vətən müharibəsi və əmək veteranı olan bir alimin xeyirxah məramına – böyüyüb boya-başa çatdığı doğma rayonuna, onun adamlarına məhəbbət hissinə hörmət əlaməti olaraq bu fikrimdən daşınmışdım. Düşünmüşdüm ki, onsuz da hər bir kitaba əsl qiyməti zaman verir.

Son illər kitab yazanların sayının çoxalması, hər əli qələm tutanın bədii, sənədli, publisistik, hətta tarixi kitablar yazmağa meyl göstərməsi, peşəkarlıqdan uzaq, səviyyəsiz kitabların yaranması, oxucuların zövqünü korlayan, onların fikrini dolaşdıran çap məhsullarının çoxalması, üstəlik həmin kitablardan sitatlar gətirilməsi məni bu yazını qələmə almağa sövq etdi.

Bəri başdan qeyd edim ki, qarşısına Qusar rayonunun sosial-iqtisadi-coğrafi təhlilini vermək məqsədini qoymuş müəllif mövzunu əhatə edən ədəbiyyatdan çox cüzi şəkildə və səriştəsiz bəhrələnib. Bunu sübut etmək üçün kitabın sonunda göstərilmiş ədəbiyyat siyahısına nəzər yetirmək kifayətdir. Kitaba daxil edilmiş mövzuların düzgün planlaşdırılmaması, mövzuların qarışdırılması və sistemsizlik, bölmələrin şərti xarakter daşıması, eyni fikirlərin müxtəlif yerlərdə dəfələrlə təkrarı, sözçülük kimi qüsurlar onun sanbalını azaldır.

Konkret faktlardan daha çox mülahizələrə və “rəvayətlərə” əsaslanaraq yazılmış kitabın dəyərini aşağı salan səbəblərdən biri müəllifin tez-tez Azərbaycan ədəbi dilinin qaydalarını, normalarını pozmasıdır. Müəllif, əksər hallarda bir cümlədə bir neçə fikir irəli sürməyə çalışır, nəticədə dolaşıqlığa, məntiqsizliyə yol verir ki, bu da kitabın dilinin ağırlaşmasına səbəb olur. Yol verilmiş çoxlu sayda səhvlər oxucunu yorur.

“Tarixdən səhifələr” adlı bölmədə İ.Osmanov yazır ki, “… daha maraqlı hadisələri şərh etməyi özümüzə borc bilmişik”. Nədir bu “daha maraqlı hadisələr”? Sən demə Qusarın ilk adı Qəysəri (?) olmuşdur. Bəzi müəlliflər kimi İ.Osmanov da rayonun yaşını kiçiltməyə, onun tarixini qusar polku ilə əlaqələndirməyə çalışır, özü də sübutsuz, dəlilsiz: “Tarixi məlumatlara görə (?) indiki Qusar şəhərinin ilk binövrəsi 1810-ci ildə qoyulmuş olub, hazırda onun (2000-ci il) 190 yaşı tamam olacaqdır.” Bu yerdə müəllifin yadına çox yox, təkcə bir əsəri – Abbasqulu Ağa Bakıxanovun məşhur “Gülüstani- İrəm”ini salmaq istəyirik. Həmin əsərdə yazıçı 1602-ci ildə Qusar kəndinin mövcudluğu haqqında məlumat verir və onun ətrafında baş verən hadisələrdən danışır. (Bax: A.Bakıxanov. Gülüstani-İrəm. Bakı-1991, səh 108.)

Başqa bir yerdə isə İsaməddin Osmanov İran şahı Nadir şahın Qusar rayonunun ərazisinə XII əsrdə etdiyi hücumdan yazır. Müəllifə xatırlatmaq istəyirik ki, Nadir şah Əfşar 1688-ci ildə anadan olmuş, 1747-ci ildə dünyasını dəyişmişdir. Deməli onun XII əsrdə Qusara hücum etməsi qeyri-mümkündür.

Qusarın ilk sakinlərindən bəhs edən İ.Osmanov yazır: “Onun ilk sakinləri, hazırki Qusar şəhərinin şərqində şəhərdən 8 km-i aralı (?) yerləşmiş Balaqusarlıların ata-babaları olmuşlar. Ləzgi dilində Balaqusar – kiçik qusar, Qusarın balası deməkdir. Tarixi rəvayətə görə(?) Çar hökuməti keçmiş Qusar şəhərindən (?) şərqə yerləşən Balaqusar kəndinə o vaxtkı Qusarın əhalisini köçürmüş, Qusarın hazırki ərazisinə isə bir hərbi polk yerləşdirmişdi. Burada ordu qərargahı (?) yaratmışdır. 1888-ci ildə Qusarı şəhərə çevirmək barədə plan (?) tərtib edilmişsə də, sonralar bu tədbiri yerinə yetirə bilməmişdir, çünki, şəhər adının verilməsi üçün tələb olunan şərtlər tamam deyildi.” (səh 23)

Başqa bir misal. “Çar hökuməti tərəfindən 1825-1826-cı illərdə Qafqaza sürgün olunan Lermontov Qusarda yaşamış, onun burada qaldığı evi indi muzey kimi saxlanılır”. (səh 26) Bildiyimiz kimi, M.Y.Lermontov 1814-cü ildə anadan olmuşdur. Deməli, 1825-1826-cı illərdə onun 11-12 yaşı olardı. Həqiqətə gəldikdə, A.S. Puşkinin ölümünə həsr etdiyi şerinə görə Lermontov 1837-ci il fevralın 18-də həbs olunmuşdu. Fevralın 25-də isə onun cəzası nisbətən yüngülləşdirilmiş, kornet Lermontov Qafqazda hərbi əməliyyatlar aparan Nijeqorod draqun polkuna göndərilmişdi. Elə həmin vaxt o, Qafqazın bir sıra yerlərində, o cümlədən də Şəkidə, Şamaxıda, Qubada və Qusarda olmuşdu. “Onun ev muzeyinə hər il çoxlu məktəbli, uşaqlar, turistlər, ədəbiyyat vurğunları gəlir və onun həyat tərzi ilə maraqlanırlar”, – deyən müəllifə xatırlatmaq istəyirik ki, Qusarda belə bir muzey yoxdur, sadəcə olaraq M.Y.Lermontovun bir vaxtlar yaşadığı evin qarşısına xatirə lövhəsi vurulub, vəssalam.

Kitab boyu əksər toponimlər bir neçə cür yazılır. Yaşayış məntəqələrinin adlarının necə gəldi yazılmasına kitabın cildində və içərisində verilmiş “Qusar rayonunun sxematik inzibati-ərazi xəritəsindən” başlayaraq, son səhifəsinə kimi hər yerdə təsadüf olunur. Məsələn: Kilax, Kirik, Kuxur, Kalanxur, Sallehoba, Çubuxlu, Qollar, Şahnabad, Avacuqoba, Suvaçal, Gedəzeyxur, Aşağı Dəyər, Yuxarı Tahirçal, Ənix, Xüdat, Mahacqala, Şeyx Cümeyid məscidi və s. Ümumiyyətlə, bir sıra yer adları kitabda müxtəlif cür gedir. İmamqulukəndin adı gah İmamkuli kəndi, gah İmamqulu kənd kimi verilir. Qusar polku haqqında danışarkən müəllif onu gah kusar, gah gusar kimi yazır. Elə kitabın həsr olunduğu Qusar rayonunun adı da gah kiçik, gah da böyük hərflə yazılır. Ümumiyyətlə, əksər yer adları əsər boyu gah böyük, gah da kiçik hərflərlə verilib. Azərbaycan Neft Akademiyasının adı gah AZİİ (səh76), gah da Azərb. Neft mühəndislər Akademiyası (səh75) kimi göstərilib.

Müəllifin bir sıra qeydlərində orfoqrafik səhvlərlə yanlış mülahizələr paralel şəkildə gedir. “Aşağı Dəyər(?) kəndinin şərqində yerləşən Xantəpə adlanan təpəlik sahə haqqında” xatirələrində müəllif yazır: “Xantəpənin adı Yusif xanım(?) dövründən qalma ad olduğunu söyləyirlər”. Bəzi yer adlarının etimologiyasından bəhs edərkən müəllif yalnışlara yol verir. Onlardan biri haqqında. Sitat: “Govdişan adlı sahənin adı isə farslardan qalma olub, fars dilində öküz görməmiş dağ deməkdir”. Əslində haqqında söhbət açılan yer Govdişan deyil, Gavdişandır. Ləzgi sərkərdəsi Gavdiş burada yadelli işğalçıları darmadağın edərək böyük qələbə qazandığına görə təpə onun şərəfinə belə adlandırılmışdır. Eyni zamanda xatırladaq ki, heç bir xalq yaşadığı ərazidəki gözəgəlimli yerlərə “öküz görməmiş dağ” kimi mənasız adlar verməz. Müəllif yəqin unudur ki, toponimlərin əsl mənasını ilk növbədə yerli əhalinin dilində işlənən sözlərdə axtarmaq lazımdır. Ləzgi dilində “an” mənsubiyyət bildirir. Misal üçün, Tayğunan (Tayğunun), Alpanan (Alpanın), Gavdişan (Gavdişin) və s. İ.Osmanovun bəhs etdiyi sözün mənası “Gavdişin təpəsi” və yaxud “Gavdiş təpəsi” (“Gavdişan pel”) deməkdir.

Müəllifin sitatları da nağılvari qələmə alınmışdır. Məsələn: “Kurort və sanatoriya şəraiti üçün münasib olduğundan, hələ 1935-1956-cı illərdə ( bu 20 ildən hansında?) Azərbaycan Xalq Komissarları (?) Dövlət Komissiyanın(?) qərarı ilə(?) Qusar şəhəri AHİ istirahət evləri tikməsi üçün əlverişli bir ərazi kimi ayrılmışdır(?)

“Rayonun əhalisi və əmək ehtiyatları” bölməsində oxuyuruq: “Rayonda əhali əsasən təbii artım hesabına çoxalır”( səh.29). “Qusar rayonunun əhalisi içərisində əmək ehtiyatlarının artıqlığı hiss olunur (səh.31) “başqa millətlərdən burada tatlar, ukraynalılar, osetinlər, laklar, kumıklar, tabasaranlılar və başqaları yaşayırlar”. “ruslar isə Qusar şəhəri, Şirvanovka, Andreyevka kimi kəndlərə, SDK-ı kimi şəhər tipli qəsəbədə yaşayır (səh33.).”rayonun əhalisi içərisində ruslar-malakanlar çoxdur. Onlar burada yerli əhali ilə qarışıq şəkildə, həm də ayrı-ayrı kəndlər şəklində (?) yerrləşib yaşamaqdadırlar” (səh.25). Tutaq ki, beynəlmiləlçilik ruhu müəllifi Qusarda yaşayan millətlərin sayını çoxaltmağa sövq edib. Bəs rusların ayrı-ayrı kəndlər şəklində yaşadıqlarını nəyə əsasən yazıb? Belə kəndlər hansılardır?

Rayonun yetirmələri olan elmlər doktorlarına və professorlara ayrıca bölmə həsr edən müəllif onu belə adlandırıb: “Elmlər doktoru professor:” Elə başlıqdakı səriştəsizlik buraya daxil edilmiş 25 alim haqqında verilmiş qeydlərdə də öz əksini tapır. Atüstü yazılmış bu yarımçıq məlumatlardan hər hansı bir maraqlı informasiya əldə etmək qeyri-mümkündür. İ.Osmanov 25 alimdən cəmi 8-nin atasının adını qeyd edib, bəzilərinin doğulduğu kəndləri göstərməyi “unudub”.

Cibir kəndindən olan texnika elmləri doktoru Qanbay Xanməmmədov geologiyo-mineralogiya elmləri doktoru, kəndi isə Hil kimi göstərilib. Ehtimal nəzəriyyəsi və riyazi statistika üzrə Azərbaycanda namizədlik və doktorluq dissertasiyası müdafiə etmiş ilk alim, fizika-riyaziyyat elmləri doktoru İbramxəlil İbramxəlilov haqqında cüzi məlumat verən müəllif onun Hil kəndindən olduğunu (əslində Əniğdəndir) yazıb. Alimlər haqqında verilmiş məlumatların səviyyəsini göstərmək üçün kimya elmləri doktoru Yarəli Yarəliyev (alimin adı da səhvən Yaralı yazılıb) haqqında verilmiş qeydləri oxuyuruq: “…doktorluq müdafiəsinə qədər AE akademiyasında elmi işçi kimi işləmiş, sonra Dağıstan elmlər akademiyasına köçüb, indi orada Baş elmi işçi kimi işləyir.”

Yeri gəlmişkən, müəllif nədənsə 1837-ci il Quba üsyanının rəhbərlərindən biri olmuş Hil kəndinin sakini Yarəlinin adını da Yaralı kimi göstərib.

Ələddin Həkimovu müəllif oxuculara bir cümlə ilə təqdim edir: “ Qusarda anadan olmuş, fəlsəfə elmləri doktoru – professor olub, Bakı şəhərində elm sahəsində fəaliyyət göstərir”.

Dünya şöhrətli elmlər doktorlarına böyük xəsisliklə bir və ya iki cümlə həsr edən müəllif, “Rayonun ərazisindən çıxmış elmlər namizədləri və dosentlər” adlı bölməni özü haqqında geniş məlumatla başlayır. Burada verilmiş ikinci məlumat isə “hazırda iqtisadiçi(?) kimi başqa işdə işləyən” oğlu Osman Osmanov haqqındadır.

“Qusar rayonundan çıxmış və respublikamızda işləyən qabaqcıllar” bölməsində işıqlandırılan dörd nəfərdən biri isə müəllifin digər oğlu, “müəllim ailəsində doğulmuş, Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini qurtarmış, APİ-də laborant kimi işləmiş, sonra başqa işdə çalışmış, ana dilindən başqa altı müxtəlif dilləri bilən, hazırda iqtisadi münasibətlər üzrə fəaliyyət göstərən” Bəxtiyar Osmanovdur.

“Hərbi sərkərdələr, müharibə əlilləri və Milli qəhrəmanlar, hərbi sahədə tanınmış şəxsiyyətlər, əmək qəhrəmanları, müharibə və əmək veteranları” bölməsində general Mahmud Əbilov, Sovet İttifaqı Qəhrəmanı Mirzə Vəliyev, Azərbaycanın Milli Qəhrəmanı Fəxrəddin Musayevlə yanaşı, Osmanov Elman İsaməddin oğlu haqqında da geniş məlumat verilir. Orada yazılır: “BDU-i bitirdikdən sonra hərbiyə çağrılmış, kiçik leytenant kimi Belorusiyada xidmət etmiş, vətənə starşi leytenant kimi qayıtmış, işə təyinat vermədiyi üçün yenidən hərbi prokurorluq xətti ilə orduya çağrılmış, Şərqi Sibirə təyinat almış, orda İrkutsk vilayətində 8 il hərbi prokurorluqda baş müstəntiq kimi işləmiş, atasının xahişi ilə 90-cı il hadisələri ilə bağlı olaraq Bakıya hərbi prokurorluğa Baş müstəntiq kimi qaytarılmış, bir ildən sonra öz xahişi ilə işdən çıxmış, hazırda istifadə(?) olan Ədliyyə mayoru kimi, Ədliyyə Nazirliyi xətti ilə müvəkkil kimi işləyir”. Görəsən E.Osmanov haqqında verilmiş bu məlumat bölmənin adında göstərilən şərtlərin hansına uyğun gəlir?

“Qusar rayonunda rəhbər vəzifələrdə işləmiş və hazırda işləyən şəxsiyyətlər”dən söhbət açanda müəllif Məzdək hüseynovun, Həmdulla Cəfərovun və Firdovsi Əliyevin də adlarını qeyd edib. H.Cəfərovun və F.Əliyevin adlarını ona görə göstərib ki, hər ikisi “xalq deputatıdır”. Millət vəkili M. Hüseynov haqqında verilmiş məlumatda isə belə bir qeyd də var: “Qusar rayonunda olub”.
“Qusar rayonunda rəhbər vəzifələrdə işləmiş və hazırda işləyən şəxsiyyətlər” siyahısına salınmış yazıçı Yusif Hacıyev və şair Hacıbala Qaflanov görəsən hansı vəzifələrdə çalışıblar? Əgər onların adları qələm sahibləri kimi qeyd olunubsa, Azərbaycanın tanınmış şairi Kələntər Kələntərlinin, adlı-sanlı rəssam Mahmud Çələbovun, Qusar rayonundan çıxmış və hazırda Dağıstan Respublikasında yaşayan Dağıstanın Xalq Şairi Bayram Səlimovun, Dağıstanın Xalq Artisti Əyyub Ömərovun, dünya şöhrətli yazıçı, əsərləri onlarca dillərdə müxtəlif ölkələrdə çap olunmuş Rasim Hacının, Dağıstan Respublikasının Əməkdar Rəssamı Seyfəddin Seyfəddinovun, şair və bəstəkar Asəf Mehmanın, Dağıstan Respublikasının Əməkdar İncəsənət Xadimi Rizvan Rizvanovun və başqalarının adları kitaba niyə düşməyib?

Təəssüf ki, rayonun ictimai-siyasi həyatında mühüm rol oynamış onlarca insanın adı da kitaba salınmayıb. Adları çəkilən şəxslərdən isə heç biri haqqında mötəbər məlumat yoxdur. Verilmiş məlumatlar bəsit olub, təhriflərlə doludur. Bunu sübut etmək üçün bir neçə faktı diqqətə çarpdırmaq istəyirəm. Balamət Balamətov haqqında qeydlərdən oxuyuruq: “müharibə illərində rayonda partiya komitəsinin birinci katibi olmuş, sonralar isə Bakı şəhəri Əzizbəyov rayonunda icraiyyə komitəsinin sədr müavini, Naxçıvanda Nazirlər Şurasında məsul işçi kimi işləmişdir”. Azərbaycan KP MK-nın məsul işçisi olmuş, uzun illər Naxçıvan Muxtar Respublikası Xalq Komissarları Sovetinin sədri vəzifəsində çalışmış, SSRİ Ali Sovetinin deputatı seçilmiş, iki dəfə Lenin Ordeni ilə təltif olunmuş, M.İ.Kalininin qonağı, M.C.Bağırovun silahdaşı olmuş, həyatı fədakarlıq və insanlara xidmət nümunəsi olmuş bir insan haqqında ona layiq şəkildə yazmaq lazımdır.

Ümumiyyətlə, kitab boyu dəqiqləşdirilməmiş faktların verilməsinin şahidi olursan. Məsələn, uzun illər Respublika Daxili İşlər Nazirliyi cinayət axtarış idarəsinin rəisi kimi çətin və şərəfli bir vəzifəni icra etmiş, özündə Azərbaycan çekistlərinin ən gözəl keyfiyyətlərini ehtiva etmiş, Azərbaycanın bir neçə nəsil qanun keşikçilərinin yetişməsində danılmaz xidmətləri olan Ərziman Zülfüqarov haqqında “əvvəllər respublika daxi İşlər Nazirliyində məsul vəzifədə işləmiş” deyə mücərrəd məlumat vermək ən azı insafsızlıqdır. Xəzər Dənizçiləri xəstəxanasının baş həkimi vəzifəsində çalışan Qerasim Rüstəmov səhv olaraq həmin xəstəxananın cərrahiyyə şöbəsinin müdiri kimi təqdim olunur.

Qusar rayonuna bəslədiyi “sonsuz məhəbbət” müəllifi bəzən faktları şişirtməyə məcbur edir. Rayondan 10 nəfər Sovet İttifaqı Qəhrəmanı və Milli Qəhrəman çıxdığını da yəqin həmin hisslərin təsiri ilə yazıb. 1837-ci ilin məşhur “Quba üsyanı”nın başçılarını hərəkətə gətirənlər isə, müəllifin yazdığına görə “bəlkə də həmin dövrdə Xuluq kəndində əhaliyə savad öyrədən görkəmli şəxsiyyətlərdən olan Əhməd Cavad, Qafur Əfəndizadə, Abdul Cəlil Efendi” olub. XX əsrin əvvəllərində Xuluqda yaşayıb müəllimlik etmiş Ə. Cavad özündən 70-80 il əvvəl baş vermiş hadisələrə görəsən necə təsir göstərib?

Səhiyyə və təhsil sistemi işçilərinin siyahısını kitabda verməyə müəllifi yəqin ki, kommersiya maraqları sövq edib. Bir fəsil belə adlanır: “Qusar rayonundan alınan məlumata əsasən hazırda rayonda fəaliyyət göstərən tibb işçiləri”. Lakin cəmi 22 nəfərin adları qeyd olunub. Görəsən müəllif bunu hansı prinsipə görə edib? Müəllimlərin siyahısı isə orta məktəblər və əsas məktəblər üzrə ayrı-ayrılıqda verilib. Birincisinə 195, ikincisinə isə 35 müəllimin adlarını daxil edən İ.Osmanov Respublikanın Əməkdar müəllimi kimi şərəfli ada layiq görülmüş adlı-sanlı qusarlıların adlarını qeyd etməyi nəzərdən qaçırıb. Amma kitaba adları düşmüş və düşməmiş müəllimlərə uğurlar diləməyi isə unutmayıb:”Adları siyahıya düşmüş və düşməmiş müəllimlərə işdə nailiyyətlər, gənc nəslin təlim tərbiyyəsində yeni-yeni uğurlar və can sağlığını arzu edirik. Ən vacib öz sənətin sahibi olsun, şagirdlərin hörmətini qazana bilsin, öz savadlarını artırması üçün hər cür imkanlardan istifadə etsinlər”.

“Qusar rayonu” kitabında müəllif atası Əmirov Səyid Osman oğlu, babası molla Osman haqqında da söhbət açır. Osmanovlar ailəsi doğrudan da Qusarın adlı-sanlı ailələrindəndir. Lakin təəssüf ki, müəllif digər qəhrəmanları kimi öz doğmaları haqqında da kəsərli söz deyə, onları oxuculara sevdirə bilməyib.

Hər bir kitab yazanın ümdə vəzifəsi oxucuya tutarlı söz demək, ona yeni məlumatlar vermək, savadını, dünyagörüşünü artırmaqda kömək göstərməkdir. Lakin haqqında söhbət açdığımız kitab oxucuya heç nə vermir, oxucu vaxtdan əlavə hövsələsini də itirir. Çünki kələ-kötür cümlələri oxuyub dərk etmək, yarımçıq fikirləri çözələmək, buraxılmış səhvlərə görə təəssüflənmək böyük səbr tələb edir. Onu da deyək ki, biz kitabda yol verilmiş səhvlərin cüzi hissəsini qeyd etdik. Ləzgi xalq misalında deyildiyi kimi, aş bişirmək üçün düyü və yağ tələb olunduğu kimi, kitab yazmaqdan ötrü də sanballı faktlar və cilalı qələm lazımdır. Heyf ki, bu kitabda bunlara rast gəlmədik.

Kitabın işıq üzü görməsində iştirak etmiş redaksiya heyəti də öz vəzifəsinin öhdəsindən gəlməyib. Kompüter tərtibçisi və ”mühəndis proqramçısı” Azadə İmanovanın və texniki redaktor Nərgiz Quliyevanın işi olduqca zəifdir. Kitabın tərtibatı sönük, çap olunmuş şəkillər keyfiyyətsizdir. Korrektor Lalə İsmayılova isə ibtidai məktəb şagirdinin də tuta biləcəyi orfoqrafiya səhvlərini düzəltməyib. Nəhayət, kitabın redaktoru Şəhla Quliyevanın deyəsən kitab redaktəsi haqqında anlayışı yoxdur. Olsaydı, yüzlərlə səhvi olan kitabın çapa getməsinə imza atmazdı. Axı hər bir kitabın səviyyəsi onun redaktorundan da asılıdır.

Bəlkə də bu qeydlərim bəzi kitab müəlliflərinin xoşuna gəlməyəcək. Çünki hazırda respublikamızın ayrı-ayrı nəşriyyatlarında yüzlərlə belə kitablar buraxılır. Onların hamısı barədə tənqidi söz demək mümkün deyil. Halbuki gərəkli irad ümumi işin mənafeyindən ötrü son dərəcə vacibdir. Bizim haqlı iradlarımız bu gür gözdən iraq kitabların işıq üzü görməsinin, oxucuların qanının qaralmasının qarşısını ala bilər.

QEYD: Kitabdan gətirilmiş sitatlar olduğu kimi, düzəlişlər edilmədən verilmişdir.

http://www.kitab.az/cgi-bin/catlib2/item.cgi?lang=az&item=20051111053830082

The Öküz Mehmet Paşa Mosque Complex at Ulukışla (Ulukışla ve

8 Mayıs 2007

Book Reviews:

Author (Editor, Trans., etc.): Eser GÜLTEKİN
Genre: Architecture
Edition: First printing
Year of Publication: 2001
Dewey Decimal No: 720.95610153
Number of Pages: 262 + xiii, with 137 illustrations and 82 diagrams
Size: 28 cm.
Publication No: 2628
Name of Series: Works on Art Series
Series No: 313
ISBN: 975-17-2783-3
Copies Printed: 4,000
Price: 6,600,000 TL

Description: A detailed presentation of the Öküz Mehmet Paşa mosque
complex (1615-16) in the district of Ulukışla in the province of
Niğde with plans and stylistic features.

Öküz’lemeler

8 Mayıs 2007

$6.49

Product Code : zBK972074QY911
Author : Ece Ayhan
ISBN : 9755702105
Publisher : Sel Yayıncılık
Published : Istanbul, Mar. 2004
Pages : 40

Bir Vakitlerin Öküz Dergisinin Kültür – Sanat Servisi, Pasta,
Kurabiye, Sigara Ve Soğuk Kola Eşliğinde, Tam Üç Buçuk Saat Boyunca
Konuşmuştu Ece Ayhan’la. Anlatmıştı Ece Ayhan. Çağrışımlarla,
Sıçraya Sıçraya, Şeylerden, Durumlardan, Kişilerden Sözetmişti
Ece’ce. Yıllardan 1997, Aylardan Ağustos’tu. Öküz’cülerin Dinlediği
Ece Ayhan’ın Anlattığı, Ece Ayhan’ın Anlattığı, Öküz’cülerin
Dinlediği Bu Düşünceler Öküz’lemeler Adıyla Bir Geceyarısı Kitabına
Dönüştü. Içine, Ece Ayhan’ın Yine Öküz Dergisi Için Yaptığı ‘şahıs
Benzetmeleri’ni De Alarak…

Öküz Arabasını Satan Derviş

8 Mayıs 2007

[ 1. baskıda Paullo Ceolho, 2. baskıda Paşazade Cemil adıyla
yayınlandı. ]
Akis Kitap, İstanbul 2005, 127 sayfa.

KİTABIN KÜNYESİ

Öküz Arabasını Satan Derviş, [ 1. baskıda Paullo Ceolho, 2. baskıda
Paşazade Cemil adıyla yayınlandı. ], Akis Kitap, İstanbul 2005, 127
sayfa.

SATINALMA BİLGİLERİ
Bu kitabın Kitapyurdu.com’daki indirimli fiyatını öğrenebilir ve
dilerseniz kapınıza kadar teslim edilmesini sağlayabilirsiniz?
Yazar: Dergibi
E-Posta: bilgi@dergibi.com

Babasının isteğiyle toplumdan uzak bir dağ başındaki tapınakta
hayatı anlama ve aydınlanma yolculuğuna çıkan, Derviş kendi
deneyimleriyle bunlara ulaşmıştı.
Bir gün bir haberci geldi ve babasının ölüm haberiyle birlikte
vasiyetini ona açıkladı.

Şaşırtıcı bir vasiyetle hayatı birden kendi kontrolünden çıkan
Derviş’in New York’ta bir holdingin Ceo’su olmasına kadar giden
macerası da başlamış oldu.

Bundan sonra hayatın bilgeliğinden paranın patronluğu
arasında ‘yaşam’ı kaybetmeme savaşı veren Derviş, herkese büyük bir
yaşam dersi vererek bitirir kişisel hikayesini.

Ve hikayeyi kitabı okuyanlara devreder…

Habercinin babasından getirdiği öykülerle hayatının anlamını ve
kişisel yaşam serüvenini sorgulan Derviş’in hayatı aslında hepimizin
hayatı.

“Öküz Arabasını Satan Derviş” bu hayat karmaşasında hepimizi
kalbimizin ışığını izlemeye davet eden bir kandil…

Işığını kendi yüreğinden alan insanlardan olmanız dileğimizle…

Goa Yayınları’nın bastığı ‘Ferrari’sini Satan Bilge’ adlı kitap
büyük ilgi görünce, ‘Öküz Arabasını Satan Derviş’ adlı bir kitap
raflarda yerini alıverdi. Hem de ne numarayla? Ünlü Brezilyalı bilge
Paulo Coelho’nun adında küçük bir değişiklik yapılarak üretilen
isimle çıkan kitap kafa karışıklığına yol açıyor. “Bak sen seversin,
Coelho’nun yeni kitabı çıkmış” diyene, “O Paulo Coelho değil Paullo
Ceolho, kör müsün!” diye cevap veriliyor.

29.09.2005

Öküz

8 Mayıs 2007

okunmaya değer bi edebiyat dergisi.